» » Bakıda qadını qətlə yetirən şəxs: Adımı çəkdi, öldürdüm - VİDEO

Bakıda qadını qətlə yetirən şəxs: Adımı çəkdi, öldürdüm - VİDEO

Bakıda qadını qətlə yetirən şəxs: Adımı çəkdi, öldürdüm - VİDEO

“Tutub evə saldım, sonra skoçla ağzını bağladım”.

Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsində döngə 4, ev 16 ünvanında yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib.

ucarliyiq.biz Region TV-yə istinadən xəbər verir ki, evdən pul və qızıl zinət əşyalarının oğurlanması polisdə qətlin tamah məqsədi ilə törədilməsi etimalını yaradıb. 

Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini 25 yaşlı Muxtar Qədirov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb.

Cavanşir Əhmədov – Xəzər Rayon Pİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi: "Qədirov Muxtar qətlə yetirilən Əzizə Həsənovanın qonşusu olub. Tüfeyli həyat tərzi keçirən bir insandır. Bi müddət əvvəl qadın torpaq sahəsini satıb, məqsəd də o pulu və zinət əşyalarını oğurlamaq olub.Hadisədən sonra oğurlanan qızıllar dükanlardan götürülərək aidiyyatı üzrə təhvil verilib".

Hadisənin təşkilatçısı olan Muxtar Qədirov qadını onu tanıdığı üçün qətlə yetirdiyini bildirib.

Muxtar Qədirov saxlanılan şəxs: 

"Adımı çəkdi, məni tanıdığı üçün öldürdüm. Səsi çıxırdı deyə bir az boğmuşam.  Ağzını tutub evə saldım, sonra skoçla ağzını bağladım. Sonra evi axtarmışıq, biz çıxanda nəbzi vururdu".

Muxtar Qədirov qətli məktəb yoldaşı 26 yaşlı Rüfət İsgəndərovla birgə törətdiyini də bildirib. İstintaqdan yayınan Rüfət İsgəndərov isə bu gün həbs edilib. Polisə gətirilən Rüfət oğurluğu etiraf etsə də, ev sahibinin qətlə yetirilməsində iştirakını inkar edib. Faktla bağlı rayon prokurorluğunda CM qəsdən adam öldürmə maddəsi ilə Cinayət işi başlayıb, araşdırmalar aparılır.