» » Bakıda ata öz qızını qaçırdı

Bakıda ata öz qızını qaçırdı

Bakıda ata öz qızını qaçırdı

Binəqədi rayonunda itkin düşmüş 12 yaşlı qız tapılıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə virtualaz.org saytına onun təhsil aldığı 283 saylı məktəbin direktor müavini Svetlana Kərimova bildirib.

Direktor müavininin sözlərinə görə, 4-cü sinif şagirdi olan G. İsmayılovanı öz doğma atası evinə aparıbmış: "Gülcan İsmayılova dünən dərsə gəlib. Bu ailə bir qədər problemli ailədir. Əslində Gülcan atasının qardaşının uşağıdır və övladlığa götürülüb. Amma atası ilə anası boşandıqdan sonra öz əmisi, əslində doğma atası tərəfindən dərsdən sonra qaçırılıb. Onun evə gəlmədiyini görən anası polisə müraciət edib. Polisə qızının keçmiş həyat yoldaşının qardaşı tərəfindən qaçırıldığını deyən ana həmin şəxsin uşağı ondan almaq istədiyini də deyib".

S. Kərimovanın sözlərinə görə, itkin düşən qızın anası bu gün məktəbə gəlib qızının artıq tapıldığını və sabahdan məktəbə gələcəyini bildirib.

İbtidai sinif şagirdlərinin dərsdən valideyni gəlmədən buraxılmasına gəlincə, S. Kərimova bildirib ki, məktəblə evlərin arasında məsafə çox kiçikdir və bütün uşaqlar avtomobil yolu keçmədən evlərinə gedirlər: Yalnız birinciləri valideynləri evlərinə aparır. Ondan yuxarı sinif şagirdləri özləri evə gedirlər. Həm də Gülcan İsmayılovanın anasının körpə uşağı olduğuna görə, özü gəlib onu apara bilmir".