» » Piyadanı vurub öldürdü, MEYİTİNİ QAÇIRDI – VİDEO - 18+

Piyadanı vurub öldürdü, MEYİTİNİ QAÇIRDI – VİDEO - 18+

Piyadanı vurub öldürdü, MEYİTİNİ QAÇIRDI – VİDEO - 18+

Yüksək sürət səbəbindən yol qəzası tərədən sürücü günahının üstünə daha bir günah yüklədi. Ölümünə səbəb olduğu şəxsin cəsədini izi itirmək üçün yol kənarına atıb qaçdı.Ancaq qanundan gizlənməsi mümkün olmadı.
Bakının Xəzər rayonu, Albalı yaşayış massivində yol kənarında tapılan kişi meyitinin avtomobil qəzası nəticəsində öldükdən sonra oraya gətirildiyi məlum olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, Bakı şəhər sakini, 27 yaşlı Pərvin Tağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə ehtiyatsızlıqdan Ruslan Əzimovu vurub. Bundan sonra Pərvin Tağıyev avtomobildə olan sərnişinləri - 17 yaşlı Kamal Abdullayev və 25 yaşlı Seyfi Nəcəfzadə ilə birlikdə Ruslan Əzimovun meyitini hadisə yerindən götürərək Albalı yaşayış massivində yol kənarına atıb. Ekspretiza zamanı təyin edilib ki, Əzimov avtomobilin yüksək surətlə ona çırpılması nəticəsində həyatını itirib. Onun sağ ayağının sındığı və sifət nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyənləşib. Faktla bağlı araşdırmalara başlanılıb. (Region TV)