» » Mənzildə dəhşətli partlayış- GƏNCƏDƏ

Mənzildə dəhşətli partlayış- GƏNCƏDƏ

Mənzildə dəhşətli partlayış- GƏNCƏDƏ

Ucarliyiq.biz kəpəz tv-ə istinadən xəbər verir ki, Gəncənin Heydər Əliyev prospekti bina 93 "b" mənzil 5 ünvanında yaşayan 56 yaşlı Tahir Nərimanov yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə gətirilib. Ona sifətin, alın nahiyəsinin və hər iki əlin ikinci dərəcəli termiki yanığı daiqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərlib, vəziyyəti orta ağırdır. Tahir Nərimanovun mənzilində qazın partladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.