» » “Ruslayn” Azərbaycana uçmaqdan imtina etdi

“Ruslayn” Azərbaycana uçmaqdan imtina etdi

“Ruslayn” Azərbaycana uçmaqdan imtina etdi

Rusiyanın bəzi aviaşirkətləri 113 ölkəyə uçuşları dayandırıb.

Rusiyanın “Ruslayn” aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirməkdən imtina edib.

Ucarliyiq.biz KremlinPress-ə istinadən xəbər verir ki, müvafiq qərar iyunun 1-də qəbul edilib.

Məlumata görə, “Ruslayn” aviaşirkəti Ermənistana, Ukraynaya və Özbəkistana uçmaqdan da imtina edib.

“Ural Hava Yolları” da bəzi MDB və Avropa ölkələrinə, habelə Monqolustan və Çinə uçmaq niyyətində deyil.

Ümumilikdə Rusiyanın bəzi aviaşirkətləri 113 ölkəyə uçuşları dayandırıb.