» » ABŞ-da homoseksualların sayı rekord həddə çatdı

ABŞ-da homoseksualların sayı rekord həddə çatdı

ABŞ-da homoseksualların sayı rekord həddə çatdı

Tədqiqatda 40 minə yaxın şəxs iştirak edib.

1973-cü ildən 2014-cü ilə qədər amerikalılar arasında aparılan böyük sorğunun nəticələrini öyrənən Florida Atlanta, San-Dieqo və Vaydener universitetlərindən olan tədqiqatçılar müəyyən ediblər ki, bu zaman ərzində eynicinsli seksual əlaqələrin sayı iki dəfə, homoseksuallığın qəbul edilməsinin səviyyəsinin göstəricisi isə dörd dəfə artıb.

Ucarliyiq.biz xəbər verir ki, məqalə “Archives of Sexual Behavior” jurnalında dərc edilib.

Sosioloqlar zamanla ABŞ əhalisi arasında eynicinsli və biseksual münasibətlərin qəbul edilmə səviyyəsinin dəyişməsini, eləcə də heç olmasa bir belə seksual tərəfdaşları olduğunu etiraf edən amerikalıların payını dəyərləndiriblər.

Tədqiqatda ümumilikdə 40 minə yaxın şəxs iştirak edib. Sorğunun nəticələrinə görə, öz cinsinin nümayəndəsi ilə seksual əlaqəsi olan kişilərin sayı 4,5-dən 8,2%-ə qədər artıb.

Qadınlarda analoji faiz 3,6-dan 8,7-yə qədər yüksəlib. Həm qadın, həm də kişi ilə əlaqəsi olanların sayı 3,1-dən 7,7%-ə qədər artıb.

Yaşı 18-29 arası olan gənclər – homoseksuallığa qarşı daha tolerant/dözümlü davranırlar. Onların arasında eynicinsli nikahları qəbul edənlərin sayı 15-dən 63%-ə qədər artıb.

Tədqiqatın nəticələri göstərir ki, son onilliklərdə mədəni dəyişikliklər yalnız homoseksuallığa qarşı dözümlülüyün artmasına deyil, eləcə də daha çox insanın özü ilə eynicinsli şəxs ilə seksual əlaqəsini etiraf etməsinə gətirib çıxarıb.