» » Vedrə kişinin əcəli oldu- QƏRİBƏ ÖLÜM-AZƏRBAYCANDA

Vedrə kişinin əcəli oldu- QƏRİBƏ ÖLÜM-AZƏRBAYCANDA

Vedrə kişinin əcəli oldu- QƏRİBƏ ÖLÜM-AZƏRBAYCANDA

Xalid Kərimov gilas yığmaq istəyərkən ağacdan yıxılıb.
Göyçay rayonunda badbəxt hadisə baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Mırtı kəndində qeydə alınıb. Kənd sakini 1963-cü il təvəllüdlü Xalid Kərimov həyətyanı sahəsində olan ağacdan gilas yığarkən əlində olan dəmir vedrə yerə düşüb.
Əlindəki qabın yerə düşməsinə mane olmaq istəyən 53 yaşlı kişi müvazinətini itirib nərdivandan yıxılıb. Elə bu anda mərhum dəmir vedrənin üzərinə düşüb və vedrənin hissələri onun qarın nayihəsinə batıb. Ağır xəsarətlərlər alan kişi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
X.Kərimov bir gündən sonra yerləşdirildiyi xəstəxanda ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar hadisə fevral ayında Gədəbəy rayonunda da baş verib. Fevralın 5-də Gədəbəy rayonunun Pərizamanlı kəndində rayon sakini Natiq Pənahov ağacdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.