» » Türkiyə Almaniyanın səfirini nazirliyə çağırdı

Türkiyə Almaniyanın səfirini nazirliyə çağırdı

Türkiyə Almaniyanın səfirini nazirliyə çağırdı

Ankara Berlindəki səfirini konsultasiya üçün geri çağırdı.

Almaniyanın qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnaməni qəbul etdikdən sonra Almaniyanın Türkiyədəki səlahiyyətli səfiri XİN-ə çağrılıb.

Ucarliyiq.biz xəbər verir ki, daha öncə Türkiyə Berlindəki səfirini konsultasiya üçün geri çağırdı.

İyunun 2-də Almaniya qondarma “erməni soyqırımı”nın tanınması haaqında qətnamə qəbul edib. Türkiyə bu qərarı pisləyib. Qətnaməni demək olar ki, bütün parlamentarilər dəstəkləyib, yalnız bir deputat qətnamənin əleyhinə səs verib, daha bir deputat isə bitərəf qalıb.