» » Sarkisyan Müdafiə nazirinə yeni müavin təyin etdi

Sarkisyan Müdafiə nazirinə yeni müavin təyin etdi

Sarkisyan Müdafiə nazirinə yeni müavin təyin etdi

Ermənistan prezidenti fərman imzalayıb.

Ermənistan prezidenti Serj Sarkisyan David Paxçanyanın Müdafiə nazirinin müavini təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuatı xidməti yayıb.

Məlumatda bildirilir ki, D.Paxçanyan Müdafiə Nazirliyinin Hərbi Sənaye üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Xatırladaq ki, aprelin əvvəlində cəbhə bölgəsində yaranan gərginlikdən sonra Serj Sarkisyan 3 generalı və bir neçə yüksək rütbəli zabiti vəzifəsindən azad edib.