» » Nigeriyada gəmiyə hücum: Ölənlər var

Nigeriyada gəmiyə hücum: Ölənlər var

Nigeriyada gəmiyə hücum: Ölənlər var

Terrorçular 6 mülki vətəndaşı güllələyərək qətlə yetiriblər.

Nigeriyanın Dövlət neft şirkətinin (NNPC) gəmisi terrorçuların hücumuna məruz qalıb.

Ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, hücum iyunun 2-də Varri şəhəri yaxınlığında baş verib. Yaraqlılar bir müddət əvvəl də bu ərazidə yerləşən neft obyektlərinə hücumlar təşkil etmişdilər.

Qeyd olunur ki, hücum zamanı 2 əsgər öldürülüb, biri yaralanıb, daha biri isə itkin düşüb. Həmçinin 6 mülki vətəndaş güllələnərək qətlə yetirilib.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.