» » Məhəmməd Əli xəstəxanaya yerləşdirildi

Məhəmməd Əli xəstəxanaya yerləşdirildi

Məhəmməd Əli xəstəxanaya yerləşdirildi

Keçmiş idmançının ağ ciyərlərində problem yaranıb.

Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli ağ ciyərlərində yaranan problemlə əlaqədər xəstəxanaya yerləşdirilib.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, 74 yaşlı keçmiş idmançının səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli sonuncu dəfə bu ilin aprel ayında Arizona ştatında xeyriyyə tədbiri zamanı ictimaiyyət arasında görünüb.