» » ABŞ qırıcısı Obmanın işitrak etdiyi mərasimdə qəzaya uğradı

ABŞ qırıcısı Obmanın işitrak etdiyi mərasimdə qəzaya uğradı

ABŞ qırıcısı Obmanın işitrak etdiyi mərasimdə qəzaya uğradı

Aviaqəza zamanı ABŞ prezidenti şəkil çəkdirirdi.

Amerikanın Thunderbirds pilot qrupunun qırıcısı iyunun 2-də Kolorado ştatında ABŞ HHQ-nin akademiyasının aviabazasında prezident Barak Obamanın iştirakı ilə keçirilən buraxılış mərasimi zamanı qəzaya uğrayıb, Ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir.

Hadisə Kolorado-Sprinqs aeroportundan cənubda baş verib, pilot katapult edə bilib. Xəsarət alanlar barədə məlumat yoxdur. 

Qəzaya uğrayan təyyarənin modeli açıqlanmır, lakin məlumdur ki, Thunderbirds uçuşları F-16 qırıcılarında aparır.

İnsident zamanı Obama akademiyanın ərazisində şəkil çəkdirirdi.