» » İtmiş uşaq 6 gün sonra tapıldı - VİDEO

İtmiş uşaq 6 gün sonra tapıldı - VİDEO

İtmiş uşaq 6 gün sonra tapıldı - VİDEO

6 gün əvvəl valideynlərinin meşədə qoyub getdikləri 7 yaşlı oğlan sağ-salamat tapılıb.
Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, 7 yaşlı Yamato Tanuka Yaponiya Özünümüdafiə Qüvvələrinin (ölkə ordusu) atılmış bazasında tapılıb. O, valideynlərinin qoyub getdikləri yerdən 5 kilometr aralıda idi.
Hərbçilər oğlanı tapanda o, hərbi anbarın anqarında yatırdı.
Xilasetmə əməliyyatında iştirak etmiş hərbçilərdən birinin dediyinə görə, uşaq tapılanda döşəyin üzərində yatmış vəziyyətdə idi. Yamato hərbçiləri görəndə ilk sözləri "Acmışam, yemək istəyirəm" olub.
Uşaq 6 gün ac olduğundan hərbçilər ona düyü və çörək veriblər.
Helikopterlə Hakodate hospitalına aparılmış uşağın durumu normaldır. Onda xəsarətlər və travmalar tapılmayıb.
Yaponiya hərbçiləri, xilasedicilər və yanğınsöndürənlər uşağın axtarışlarına iyunun 1-də başlamışdılar. Xilasetmə əməliyyatında 72 hərbçi, 200 polis və könüllü iştirak edirdi.
Yamato Tanuka Hokkaydo adasındakı meşəlikdə itmişdi. Valideynləri onu ötən həftənin şənbə günü itirdiklərini deyirdilər. Amma az sonra məlum olub ki, oğlanı cəzalandırmaq üçün meşədə qoyub evə qayıdan valideynlər bunu Yamatonun maşından yol kənarındakı adamlara daş atdığına görə ediblər. Yarım saat sonra Yamatonu qoyub getdikləri yerə qayıdan valideynlər uşağı orada tapmamışdılar.
Yamatonun əynində cins şalvar və futbolka vardı. Onun itdiyi bölgədə havanın temperaturu +7-yə düşmüş, güclü yağışlar yağmışdı.
Üstəlik, meşəlikdə ayılar da az deyildi.