» » İşçilərin əmək haqlarını mənimsədilər? – BAKIDA

İşçilərin əmək haqlarını mənimsədilər? – BAKIDA

İşçilərin əmək haqlarını mənimsədilər? – BAKIDA

Paytaxt sakini, Binəqədi rayonu, 7-ci mikrorayon, Məlikov küçəsi ev 1 e, mənzil 28 ünvanında yaşayan Sırac Süleymanov bir müddət əvvəl əməkdaşlıq etdiyi məhdud məsuliyyətli cəmiyyət tərəfindən aldadıldığını iddia edir.
O, bu barədə saytımızın "Poçt qutusu"na yazıb.

Ucarliyiq.biz publika.az-a istinadən xəbər verir ki, Sırac Süleymanov Zəka Əsgərov adlı şəxslə birlikdə paytaxtın Xətai rayonu, F.Qənbərov küçəsi, bina 3, mənzil 45 ünvanında yerləşən "Azinvents" MMC-yə idarə müdiri Səfər Əliyev tərəfindən 2015-ci ilin 1 noyabrında ev qaynaqçı kimi işə qəbul edilib.

Onun sözlərinə görə, işə çıxan zaman sertifikatın olmaması səbəbindən Sırac Süleymanova qaynaqçı kimi işləməyə icazə verməyiblər: "Buna görə də biz günəmuzd şəklində, Abbas adlı daha bir ev qaynaqçısıyla birlikdə, 3 nəfərlik manqa formasında işlədik. Noyabrın 28-də işimizi başa çatdırsaq da, ümumi zəhmət haqqımız olan 1950 manatdan 1 manat da ala bilməmişik".

Şikayətçi deyir ki, bu günə qədər səbirlə gözləsə də, şikayət etmək istəməsə də, təəssüf ki, bunun heç bir faydası olmayıb: "İdarə müdiri Səfər Əliyev və baş mühəndis Rasim adlı şəxs mənə saxta sertifikat təqdim ediblər. Sertifikata görə mənə düşən zəhmət haqqı 400 manatdır. Onlar yerdə qalan 250 manat pulu isə sentyabrda verəcəklərini vəd edirlər. Mən işə ötən ilin 1 noyabrında başlayıb, noyabrın 28-də bitirmişəm".
Hüquqlarının pozulduğunu iddia edən Sırac Süleymanov şəkərli diabet xəstəsi olduğunu əsas gətirərək zəhmət haqqının ödənilməsini tələb edir.