» » Avtomobil kanala aşdı: bir ailənin 4 üzvü ...

Avtomobil kanala aşdı: bir ailənin 4 üzvü ...

Avtomobil kanala aşdı: bir ailənin 4 üzvü ...

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb. Ucarliyiq.biz apa-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Sumqayıt şəhər sakini Məhərrəmov Rafiq Qurban oğlunun idarə etdiyi BMW markalı, 01 BP 967 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən avtomobilə çırpılıb və yoldan çıxaraq kanala düşüb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1973-cü il təvəllüdlü Məhərrəmova Pərvanə Qurban qızı, 1998-ci il təvəllüdlü Məhərrəmli Elnarə Rafiq qızı, 1973-cü il təvəllüdlü Məhərrəmova Hicran Şövkət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən arşdırma aparılır.