» » Ermənistanda yüksək rütbəli zabitlər həbs olundu

Ermənistanda yüksək rütbəli zabitlər həbs olundu

Ermənistanda yüksək rütbəli zabitlər həbs olundu

Məhkəmə prosesi keçirilib.

Ermənistanda məhkəmə mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.

ucarliyiq.biz - in APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti xəbər verib.
 
Məlumata görə, ESQ-nin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və  polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.
 
Bildirilir ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.