» » Baş həkiminin evinə basqın edildi - Azərbaycanda

Baş həkiminin evinə basqın edildi - Azərbaycanda

Baş həkiminin evinə basqın edildi - Azərbaycanda

Şirvan şəhərində quldurluq hadisəsi baş verib.

Bu gün səhər saat 10.00 radələrində Şirvan şəhər Doğum evinin baş həkimi Sevda Həsənovanın Şirvan şəhəri Z.Hacıyev küçəsi 1, mənzil 14 ünvanında yerləşən fərdi yaşayış evinə 3 nəfər maskalı şəxs daxil olub.

Həmin vaxt evdə tək olan baş həkimin qaynanası Sudsa Bəylərovanın ağzını bağlayan maskalı şəxslər evi axtraraq oradan 25 min manat dəyərində qızıl-zinət əşyaları götürərək aradan çıxıblar. Quldurluq edən şəxslər yaşlı qadına xəsarət də yetiriblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Cinayəti törədən şəxslərin tapılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.(apa.az)

Baş həkiminin evinə basqın edildi - Azərbaycanda