» » Şakro Rövşən Lənkəranskinin yaxınını dəstəkləmədi

Şakro Rövşən Lənkəranskinin yaxınını dəstəkləmədi

Şakro Rövşən Lənkəranskinin yaxınını dəstəkləmədi

Ded Xasanın aradan götürülməsinə aidiyyat əksini tapmadı...

Cinayətkar aləmdə daha çox “Rüfət Gəncinski” kimi tanınan 34 yaşlı Ülfət Tağıyevin bu yaxınlarda Moskvadan cəzasını çəkəcəyi yeni məkana gəlməsi, “baş ofisdən” onun kriminal statusunun tam olaraq müəyyənləşdirməsini tələb etdi.  

ucarliyiq.biz “Praym Kraym” İnformasiya agentliyinə istinadən xəbər verir ki, Tağıyevin səlahiyyətlərinin lehinə və əleyhinə olan tərəflərin qiyabi qızğın müzakirələrdən sonra, Şakro tərəzinin gözünü sonuncuların xeyrinə əydi.

Xatırladaq ki, 2012-ci ilin dekabr ayında Dubayda Rövşən Canıyevin (Rövşən Lənkəranski) cangüdəni və “xüsusi tapşırıqları yerinə yetirən”ləri olan Rüfət Gəncinski və Hacı Beyləqanski, onun böyük oğru ailəsinə “şəxsi töhfəsi” oldular.  Tağıyev Moskvada Ded Xasanın sifarişli qətlшиdə şübhəli bilindiyi üçün saxlanılmışdı. Rüfət üçün tikilmiş “qanlı şleyfdən” istintaq yalnız bir “kommersiya” epizodunu sübut edə bildi.

Ded Xasanın aradan götürülməsinə aidiyyat əksini tapmadı... Birbaşa dəlillərin yoxluğuna baxmayaraq, Dedin tərəfdaşları öz patriarxlarının aradan götürülməsində Tağıyevi günahlandırırdılar. Buna görə, Rüfət Mirikodan başlayaraq, Racikə qədər “Matrosskaya tişinada” oğrular tərəfindən “özününkü” hesab edilmirdi, administrasiya isə intiqamdan çəkindiyi üçün onu iki il müddətində digər məhkumlardan təcrid etmişdilər.