» » Şabranda baş vermiş ağır yol qəzasında ölənlərin adları açıqlandı

Şabranda baş vermiş ağır yol qəzasında ölənlərin adları açıqlandı

Şabranda baş vermiş ağır yol qəzasında ölənlərin adları açıqlandı

Şabranda ağı yol qəzası baş verib.

Ucarliyiq.biz-ın lent.az-a istinadən verdiyi xəbərə görə, Bakı-Yalama yolunun 130-cu km-də Şabran rayonu ərazisində "KamAZ" və "Ford" markalı yük avtomobilləri toqquşub.

Dərhal nazirliyin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:32-də başa çatıb.

Şabran rayonunda yol- nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bunlar Xaçmaz rayonu, Nərəcan kənd sakini, 53 yaşlı Ramazan Hüseynov və Xaçmaz rayonu, Müzəfəroba kənd sakini, 63 yaşlı Ağarza Bədəlovdur.

Məlum olub ki, hadisə Gəndob-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz istiqamətində hərəkətdə olan Sumqayıt şəhər sakini 28 yaşlı Emin Əhmədovun idarə etdiyi 99 XP 011 dövlət nömrə nişanlı DAF markalı yük maşını qarşıdan gələn R. Hüseynovun idarə etdiyi 27 BN 614 dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomobillə toqquşub. Nəticədə "Ford"un sürücüsü və sərnişini A. Bədəlov ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.