» » Ermənistanda Vergi Müfəttişliyinin binasının qarşısında partlayış

Ermənistanda Vergi Müfəttişliyinin binasının qarşısında partlayış

Ermənistanda Vergi Müfəttişliyinin binasının qarşısında partlayış

Hadisə iyunun 4-ə keçən gecə baş verib.

Ermənistanın Vanadzor şəhərində Vergi Müfəttişliyinin binasının qarşısında partlayış törədilib.

Ucarliyiq.biz News.am-a istinadən xəbər verir ki, hadisə iyunun 4-ə keçən gecə saat 01:10 radələrində baş verib. 

Partlayış nəticəsində xəsarət alan olmasa da, inzibati binaya ciddi ziyan dəyib.

Məlumdur ki, partlayış Vergi Müfəttişliyinin giriş qapısında zibil qutusuna qoyulan naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.