» » ''Səmimi şəkillərimizi və sevgi mesajlarını qardaşıma göstərəcəyilə hədələdi''

''Səmimi şəkillərimizi və sevgi mesajlarını qardaşıma göstərəcəyilə hədələdi''

''Səmimi şəkillərimizi və sevgi mesajlarını qardaşıma göstərəcəyilə hədələdi''

Ötən ilin avqustunda keçmiş polis əməkdaşının Bakıda güllələnərək öldürülməsi ilə bağlı məhkəmə prosesi qapalı keçirilsə də, Criminal.az saytı oxuculara həmin cinayətin ən xırda detallarına kimi təqdim edir. İş adamı, keçmiş polis olan mərhum Nadir İbrahimovun qətlində səbəbkar kimi adı hallanan Həbibə Bağırovanın istintaqa verdiyi ifadəsini ixtisarla təqdim edirik. H.Bağırovanın ifadəsi də bir neçə gün əvvəl dərc etdiyimiz təqsirləndirilən Rövşən Həsənovun ifadəsi ilə oxşardır.
''Yalvarıb, qarşımda diz çöküb yenə şans verməyimi istədi''
H.Bağırova ifadəsində bildirib ki, 2013-cü ildə ''Babək Plaza''da turizm firmasında işlədib. Həmin vaxt mərhum Nadir İbrahimov da həmin plazada ''Butastone'' şirkətinin direktoru olub. Nadir həmin vaxtlar ona bilet sifariş verib və onunla işgüzar münasibətləri yaranıb. Sonradan Nadir ona öz yanında iş təklif edib və təkliflə razılaşıb. Elə o vaxtda Nadirin ofisində maliyyə hesabatlarını aparmağa başlayıb. Ofisə Nadirin şəriki Namiq də hərdən gəlib-gedib. Sonradan Milli Gimnastika Kompleksinin lahiyə rəhbəri Tara adlı qadın Namiq Əsədovun təşəbbüsü ilə onlarla işləməyə başlayıb.
Həmin vaxtdan Nadir arasında sevgi münasibətləri başlayıb. Nadir də həmin müddət ailəsindən boşanıb. Təxminən 2015-cü ilin əvvəlindən iyul ayına kimi münasibətləri normal olub, sonradan bir sevgili kimi onun diqqət göstərmədiyi, Tara adlı qadınla mesajlaşmasını, onun yanında olduğu zaman Taraya zəng etdiyini, eyni zamanda xarakterlərinin uyğun olmadığını görüb ondan ayrılıb. Sonradan Nadir ona yalvarıb, qarşısında ağlayaraq diz çöküb ona yenə şans verməsini istəyib. Bundan sonra yenidən işə qayıdıb və onun yenə də eyni insan olduğunu görüb. Hətta Nadir ofisdə onu öz dostu Vüsal Gözlova qısqanmağa başlayıb. Hətta buna görə Vüsalla aralarında dostluq münasibətləri pozulub. Bu dəfə isə Nadirlə birdəfəlik qurtarıb. Sonradan Nadir ona mesajlar yazaraq barışmasını istəyib, lakin o barışmayıb. Nadir ona mesaj yazmaqda davam edib, bezdirmək həddinə çatdırıb. Onun ətrafında olan rəfiqəsi, bacısı, bacısı qızı ilə münasibət qurub onlara hansısa formada kömək göstərib Həbibə barədə məlumat almaq istəyib.
''Çəkdirdiyimiz səmimi şəkilləri və sevgi mesajlarını qardaşıma göstərəcəyi ilə hədələdi''
H.Bağırova deyib ki, 2015-ci ilin martında ''Jalə plaza''da özünə yer götürərərk turizm şirkəti açıb. Həmin vaxt Nadir onu izləyib, onunla İzmir şəhərində çəkdirdikləri səmimi şəkillərini və sevgi mesajlarını qardaşı Rəşada göstərəcəyi ilə hədələyib, onu yenidən sevməli olduğunu tələb edib. Nadir söyüşkən olub və öz dostu, qardaşını söyməkdən belə çəkinməyib. Hətta mobil nömrəsini dəyişsə belə Nadir həmin nömrəni taparaq onu narahat edib.
Şahid Bağırova qeyd edib ki, Rövşən Həsənovu isə çoxdan qiyabi tanıyıb. O, keçmiş ərim Anarın tanışı olub. Onunla əvvəllər hər hansı münasibəti olamyıb, son zamanlar işi ilə əlaqədar Rövşənə bilet sifariş verib. Bununla əlaqədar onunla tez-tez telefon əlaqəsi olub. Rövşən ''Sab'' firmasında işləyirdi. Rövşənin xasiyyətindən xoşu gəlsə də aralarında hər hansı intim münasibət olmayıb. Sadəcə yaxın münasibətdə olub, bir-birilərini qısqanıblar. Həmin vaxtda Rövşənə Nadir haqda danışıb, lakin heç adını ona deməyib. Həbibə özü də Nadir adlı əvvəllər firmasında işlədiyi müdirinin ondan əl çəkmədiyin, sevdiyin və evlənmək istədiyini, lakin əvvəllər ailəli olub iki uşağı olduğunu və xarakterinin pis olduğunu deyib. Rövşən isə bildirib ki, fikri ciddi olan insanla niyə də evlənməsin. Həbibə isə onun iş yerində işçilərlə münasibəti, söyüşkən əxlaqsız olduğunu danışaraq onunla heç vaxt evlənməyəcəyini deyib. Bir sözlə Rövşən ondan Nadirlə əlaqəsi barəsi barədə geniş məlumat almayıb. Onun bikef olduğunu hiss edəndə Nadirin adını çəkmədən həmin manyakın onu yenə narahat etdiyini deyib. Nadirin nömrəsini bir neçə dəfə istəsə də verməyib. Rövşəni ancaq yaxşı bir insan kimi tanıyıb, onu cinayətə meyilli biri bilmyəib. Ondan silah olmasından xəbərsiz olub.
''Mənəm Rövşənəm, hansı Rövşənə söyürdün''
Həbibə ifadəsində göstərib ki, 2015-ci ilin avqusun 27-də saat 18 radələrində işdən çıxarkən dayısı qızı ilə ofisi yerləşən plazanın qarajına düşəndə Nadirin əlində telefon piyada maşının arxasında gəzişdiyini görüb. Birbaşa maşınına otursa da, Nadir onun maşınının qapısını bağlamağa mane olub. Qarajdakı mühafizəçilər də onları aralaşdırıb. Dayanacaqdan çıxanda isə Nadir ''Lexus''la onun maşının arxa buferinə toxunub, sonra isə sürətlə yanından keçib gedib. Sonra isə toy məclisi hazırlığı üçün xalasıgilə gedib. Saat 21 radələrində Rövşənlə danışıb. Rövşən Nadirin yenə də gəlib onu narahat etməsini sörüşüb. Təxminən 22 radələrində Rövşənlə Tibilisi prospektində görüşüb. Həmin gün saat 22.30 radələrində Rövşənin maşını ilə Yasamal rayonunda yerləşən Şokoladniça restoranına gediblər. Orda yarım saat söhbət etdikdən sonra ordan çıxıblar. Rövşənin maşınına minən zaman bağlı nömrədən ona zəng gəlib. Zəng edənin Nadir olacağını düşünüb cavab verməyib, lakin Rövşən cavab verməsini istəyib. Telefonu açanda Nadir ondan harada olmasını soruşub. O isə əl çəkməsini tələb edəndə Nadir ona və Rövşənin ünvanına söyüşlər söyüb. Nadirin Rövşənin ailəsinə qarşı edilən söyüşləri eşidib telefonu söndürüb.
Onun telefonda sakit qalmasını görən Rövşən telefonu ona verməsini istəyib. Həmin vaxt Rövşən maşını idarə etdiyindən telefonu selektora qoyub. Bu zaman zəng zamanı Rövşən telefonu açıb və ''Mənəm Rövşənəm, hansı Rövşənə söyürdün'' deyəndə Nadir telefonda ona yenidən söyüşlər söyüb. Bu zaman Rövşən selektoru söndürərək ondan harada olduğunu, ''qızdan nə istəyirsən'' deyə soruşub. Bundan sonra Rövşən telefonu söndürüb və ondan Nadirin nömrəsini istəyib.
''Nadirin nömrəsini Rövşənə verdim, amma...''
H.Bağırova bildirib ki, nömrəni Rövşənə versə də, onunla görüşməməsini xahiş edib. Bundna sonra Rövşən onu Tibilisi prospektində öz maşınının yanında düşürərək gedib, ozü isə birbaşa xalasıgilə qayıdıb. Avqustun 28-i saat 00:10-dan başlayaraq Nadir ona dalbadal zənglər etməyə başlayıb, lakin onun zənglərinə cavab verməyib. Son dəfə 00:30-da Nadir ona zəng edib. Özü isə Rövşənə zəng etsə də, ona ''gözlə zəng vuracam'' deyib. Təxminən 10 dəq sonra Rövşənin zəng etmədiyini görüb yenidən onu yığıb. Həmin vaxt Rövşən əsəbi halda ona zəng etməməsini, maşında qəzaya düşdüyünü deyib. Harda qəzaya düşməsini sörüşanda isə Rövşən cavab verməyib. Həmin vaxt Rövşəndə təngənəflik hiss edib. Bir neçə dəqiqə sonra zəng vursa da, Rövşən onunla acı danışdığından bir daha zəng vurmayıb. Ertəsi gün səhər saatlarında Nizami rayon prokurorluğudan ona zəng edilib. İzahat verməsi üçün çağırılıb. Lakin həmin hadisə barədə heç bir məlumat verilməyib. İlk öncə keçmiş əri ilə bağlı izahat alınmasına çağırılmasını düşünüb. Lakin prokurorluğa gedərkən ona zəng gəlib. İnternetdə Rövşən adlı şəxsin Nadiri necə öldürməsini bilib və şoka düşüb. Prokurorluqda həqiqətən də Rövşənin Nadiri güllələyərək öldürdüyünü bilib.
Məlumat üçün bildirək ki, Nadirin qətlində təqsirlədirilən Rövşən Həsənovun uzun müddət davam edən məhkəmə istintağı başa çatıb. qapalı keçirilən məhkəmə prosesində prokuror R.Həsənovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, R.Həsənov ''SAB'' kolbasa şirkətinin rəhbəri Hacı Sabirin kürəkənidir. Atası Qalib Həsənov isə əvvəllər məhkəmə ekspretiza mərkəzinin eksperti olub. N.İbrahimov isə məhşur müğənni Azər Zeynalovun qaynıdır.
Sonda aldığımız məlumata görə Rövşən qətli törədən vaxt onun yanında olan dostu Miryusif Qədirov da artıq həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 307-ci (cinayət barədə xəbər verməmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.