» » İŞİD yaraqlıları 19 qızı diri-diri yandırdılar

İŞİD yaraqlıları 19 qızı diri-diri yandırdılar

İŞİD yaraqlıları 19 qızı diri-diri yandırdılar

Onları xilafət yaraqlılarının kənizləri olmaqdan imtina etdikəri üçün öldürüblər.

“İŞİD” terror qruplaşmasının yaraqlıları Mosulda kürd mənşəli 19 qızı edam ediblər, Ucarliyiq.biz xəbər verir.

Kürdüstan Vətənpərvərlər İttifaqının tibb mərkəzindən yerli fəallardan biri – Abdulla əl-Məlluya istinadən bildiriblər ki, iyunun 2-də İŞİD yaraqlıları Mosulun mərkəzində 19 kürd qızın olduğu qəfəslər quraşdırıblar və onları yüzlərlə insanın gözü qarşısında yandırıblar.

Onun sözlərinə görə, qızları xilafət yaraqlılarının kənizləri olmaqdan imtina etdikləri üçün öldürüblər.