» » Qazaxıstan Aktobedə baş verən hücumu terror aktı adlandırdı

Qazaxıstan Aktobedə baş verən hücumu terror aktı adlandırdı

Qazaxıstan Aktobedə baş verən hücumu terror aktı adlandırdı

“Onların cəzalandırılmaları üçün ən sərt tədbirlər görülür”.

Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev Aktobe şəhərində silsilə hücumları terror aktı adlandırdı. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə o, öz Twitter mikrobloqunda yazıb. 

“Müqəddəs Oraz ərəfəsində Aktobedə terror aktı quldurların riyakarlığının və qəddarlığının təzahürüdür. Onların cəzalandırılmaları üçün ən sərt tədbirlər görülür”, - Senat sədri bildirib. 

Bu ərəfədə Aktobenin üç rayonunda atışma baş verib. 

Daha sonra məlum olub ki, naməlum şəxslər iki silah mağazasına və hərbi hissəyə hücum ediblər. 

Hərbçilər dörd cinayətkarı məhv ediblər, daha yeddi nəfər saxlanılıb. 

Hücumların qurbanı üç mülki vətəndaş və üç hərbçi olub, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.