» » İran generalı: Tel-Əvivi yeddi dəqiqəyə məhv etmək olar

İran generalı: Tel-Əvivi yeddi dəqiqəyə məhv etmək olar

İran generalı: Tel-Əvivi yeddi dəqiqəyə məhv etmək olar

“İsrail İrana hücumu etdiyi halda, bu raketlər avtomatik buraxılacaq”.

İran raketləri İsrailin əsas obektlərinə tuşlanıb. 

Ucarliyiq.biz Rosbalta istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Küds” bölməsinin komandirinin baş müşaviri, briqada generalı Əhməd Kərimpur bildirib.

İran televiziyasının efirində çıxış edərkən general-mayor Kasem Süleymaninin müşaviri bildirib ki, İran hərbçiləri İsrail ərazisində bütün mühüm obyektlərin yerləşdiyi məkanları müəyyən ediblər və bu obyektlərə “Şihab” və “Sacil” raketlərini tuşlayıblar. 

İsrail İrana hücumu etdiyi halda, bu raketlər avtomatik buraxılacaq, onun sözlərini Fars agentliyi sitat gətirib. 

General Kərimpurun sözlərinə görə, İran raketləri Tel-Əviv və Hayfanı yeddi dəqiqə ərzində məhv edə bilər. 

O əlavə edib ki, avtomatik raket zərbəsi, yalnız İsrailə deyil, eləcə də İslam respublikasına hücum etməyə cəhd göstərən istənilən ölkəyə endiriləcək. 

Daha öncə Kərimpur, İranın “bütün sionist rejimini” səkkiz dəqiqəyə məhv edə biləcəyini bəyan etmişdi.