» » Tacikistanda üsyançı general Nazarzoda öldürülüb

Tacikistanda üsyançı general Nazarzoda öldürülüb

Tacikistanda üsyançı general Nazarzoda öldürülüb

Xüsusi əməliyyat keçirilib.

Tacikistanda xüsusi antiterror əməliyyatı zamanı cinayətkar dəstə lideri Abdulxalim Nazarzoda öldürülüb.

ucarliyiq.biz “Aziya Plyus” informasiya agentliyinə istinadən xəbər verir ki, yaxın zaman bu barədə rəsmi bəyanat veriləcək.

Məlumatda bildirilir ki, hökümət əleyhinə çıxan və başda Tacikistan Respublikasının müdafiə nazirinin sabiq müavini general-mayor Abdulxalim Nazarzoda olan qruplaşmaya qarşı əməliyyat Düşənbədən 150 kilometr aralı, Ramit qayalığında keçirilib.

Bundan əvvəl xəbər verilmişdir ki, Ramit qayalığında keçirilən əməliyyat zamanı 4 terrorçu öldürülüb, 17-si isə həbs edilib.