» » Məktəbdə dəhşətli hadisə: gənc müəllim yandırıldı - FOTO

Məktəbdə dəhşətli hadisə: gənc müəllim yandırıldı - FOTO

Məktəbdə dəhşətli hadisə: gənc müəllim yandırıldı - FOTO

Direktorun oğluna ərə getmək istəməyən müəllim vəhşicəsinə qətlə yetirilib.

Pakistanın Pəncab vilayətində məktəbin gənc müəllimi vəhşicəsinə qətlə yetirilib.
Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, 21 yaşlı müəllim Məryəm Sədaqət çalışdığı məktəbin direktorunun oğluna ərə getməkdən boyun qaçırdığı üçün "cəzalandırılıb".
Məryəm Sədaqət evində olarkən hücuma məruz qalıb. Onun evinə 6 kişi soxulub ki, həmin şəxslər arasında M.Sədaqətin işlədiyi məktəbin direktoru da vardı.
Direktorun başçılıq etdiyi qrup Məryəmi döyərək vəhşicəsinə işgəncələr verəndən sonra onun üzərinə kerosin töküblər və od vurublar. Dəri örtüyünün 85 faizi yanmış Məryəm Sədaqət təcili yardımla xəstəxanaya aparılıb, reanimasiya bölməsində keçinib.
Olayla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.

Pəncab ştatının qubernatoru Şahbaz Şərif istintaqı şəxsi nəzarətə götürüb.
Məryəm Sədaqətin dayısı Əbdül Bəsit deyib: "Bacım qızını vəhşicəsinə öldürdülər. Onun işlədiyi məktəbin direktoru Məryəmi oğluna almaq istəyirdi. Hələ yalandan şayiə də yaymışdı ki, guya Məryəm onun oğlu ilə yatağa girib. Bu şayiəyə heç kim inanmadı, çünki camaat Məryəmi də, o direktoru və oğlunu də əla tanıyırdı. Onlar evə soxulanda Məryəmin bacısı da evdə idi.
Məryəm xəstəxanada keçinməzdən əvvəl polisin suallarını cavablayıb, ona hücum edənlərin bəzilərini tanıdığını deyib.
Məryəmin çalışdığı məktəbin direktoru, 62 yaşlı Ömər Şövkətin oğlunun 43 yaşı var.
Polisdən verilən məlumata görə, cinayətlə bağlı məktəbin direktoru Ö.Şövkətlə bahəm Mian Ərşad və Rifat Mahmud adlı şəxslər tutulublar.
Məryəmin atası Hüseyn Abbas Sədaqət deyib: "Qızımın qatillərini tutun! Onlar qızımı necə öldürüblərsə, bu murdarları da elə öldürün!"

Məktəbdə dəhşətli hadisə: gənc müəllim yandırıldı - FOTO