» » Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq

Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq

Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq

Dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-a gedəcək.

Ucarliyiq.biz xəbər verir ki, Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, Ərdoğan boksun əfsanəsi Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün çərşənbə günü gecə yola çıxacaq.

Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.

Məlumata görə, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.

Məhəmməd Əli iyunun 3-də 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində dünyasını dəyişib. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.