» » “Aykakan Jamanak”: Rusiya Ermənistanın qarşısında şərt qoyub

“Aykakan Jamanak”: Rusiya Ermənistanın qarşısında şərt qoyub

“Aykakan Jamanak”: Rusiya Ermənistanın qarşısında şərt qoyub

“Bu barədə ucadan danışmaq arzuolunmazdır”.

Ermənistan parlamentinin iqtidar fraksiyasının rəhbəri Vaqram Baqdasaryan razılaşmanın qəbul edilməsindən sonra Rusiyadan 200 milyon dollar kredit çərçivəsində ölkəyə silahlanmanın daxil olacağını istisna etməyib. 

ucarliyiq.biz xəbər verir ki, “Aykakan Jamanak” qəzetinin məlumatına görə, bu barədə Baqdasaryan vahid hava əleyhinə müdafiə sisteminin yaradılmasına dair Ermənistan-Rusiya ikitərəfli razılaşmasını şərh edərkən bildirib.

“Bu barədə ucadan danışmaq arzuolunmazdır, amma mən Ermənistanda əldə edilən razılığın qısa zaman ərzində meydana çıxacağını hesab edirəm”, - V.Baqdasaryan deyib.

“Bu zaman parlamentdə Rusiyanın Ermənistan qarşısına ilkin şərtləri qoymasına dair söhbətlər gəzirdi: yalnız yuxarıda adıçəkilən razılaşma qəbul edildikdən sonra vəd edilən silah çatdırılacaq. 

Razılaşmanın qəbul edilməsi cədvəlini öyrənsək, o zaman göstərilən versiyanın elə də məntiqsiz olmadığını görərik. Serj Sarkisyan bu razılaşmanı keçən ilin dekabr ayının 23-də imzalayıb, təsdiqə isə yalnız aprelin 5-də təqdim edib.

Aprelin 25-də razılaşma Milli Məclisin plenar iclasının gündəminə daxil edilib. Aprel-may aylarında isə Rusiyanın silah tədarük etmədiyinə dair müzakirələr aparıldı”,  - qəzet yazır.