» » Səudiyyə Ərəbistanın son qərarı neft bazarına ciddi təsir göstərə bilər

Səudiyyə Ərəbistanın son qərarı neft bazarına ciddi təsir göstərə bilər

Səudiyyə Ərəbistanın son qərarı neft bazarına ciddi təsir göstərə bilər

Yeni iqtisadi islahatlar paketi hazırlanıb.

Səudiyyə Ərəbistanı Hökumətinin təsdiq etdiyi yeni iqtisadi islahat paketinə görə, ölkə 2020-ci ilə qədər neft hasilatının həcmini dəyişdirməyəcək. 

Ucarliyiq.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı Hökuməti tərəfindən bazar ertəsi günü təsdiq olunan yeni iqtisadi islahat paketinə görə, ölkənin neftə olan asılılığını azaltmaq üçün 2020-ci ilə qədər mövcud səviyyə eyni olaraq qalacaq.

Dünyanın ən böyük neft istehsalçısı sutkalıq neft hasilatının həcmini 2020-ci ilə qədər 12,5 milyon barel səviyyəsində qoruyub saxlayacaq. 

Hökumət tərəfindən təsdiq edilən yeni proqrama görə, su, elektrikə ayrılan subsidiyaların həcmi 2020-ci ilə qədər 200 milyard rial qənaət ediləcək. 

Yeni plana görə, ölkə 2020-ci ilin sonuna qədər enerjinin 4%-ni alternativ enerji mənbələrindən əldə etməyi hədəfləyir.