» » Bacısı ilə əl-ələ gəzən dostunun qanını tökdü - Bakıda film kimi olay

Bacısı ilə əl-ələ gəzən dostunun qanını tökdü - Bakıda film kimi olay

Bacısı ilə əl-ələ gəzən dostunun qanını tökdü - Bakıda film kimi olay

Bakının Bülbülə qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. Ucarliyiq.biz-ın lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Teymur oğlu Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət İslam oğlu Qəmbərovu qısqanclıq zəminində bıçaqlayıb.

31-ci Polis Bölməsi əməkdaşlarının yaxaladığı Emin Cəfərov bildirib ki, altı aydır ki, məhəllədə İsmətin onun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər gəzir. Söz-söhbətlərə son qoymaq istəyən Emin İsmətlə münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Dostların söhbəti mübahisəyə, mübahisə isə əlbəyaxa döyüşə keçib. Sinə nahiyəsindən yaralanan İsmətin al-qana boyandığını görəndə Emin ona kömək etmək qərarına gəlib, onu xəstəxanaya aparıb.
Emin Səfərov İsmət Qəmbərovu bıçaqlamasından peşman olduğunu qeyd edib.

Faktla əlaqədar Suraxanı Rayon Polis idarəsində araşdırma gedir.