» » Qazaxıstanda yeni terror aktı

Qazaxıstanda yeni terror aktı

Qazaxıstanda yeni terror aktı

Pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar.

Bazar günü iki silah mağazasına və hərbi hissəyə hücumun baş verdiyi Qazaxıstanın Aktyubinsk vilayətində pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakanov bildirib. 

“Bu gün səhər Aktyubinskdə yerli vaxtla saat 08.06-da ağ rəngli “Lada” avtomobilindən pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar”, - Jumakanov Qazaxıstan prezidenti Nursultan Nazarbayevə azadlıqda olan altı ekstremistin saxlanılması işinin gedişatına dair məruzə edərkən bu barədə bildirib.

Daha öncə Aktobedə bazar günü baş verən hücumların altı iştirakçısının azadlıqda qaldığı barədə məlumat yayılmışdı.