» » Nazarbayev əmr etdi: Terrorçulara aman verməyin

Nazarbayev əmr etdi: Terrorçulara aman verməyin

Nazarbayev əmr etdi: Terrorçulara aman verməyin

“Hamı ciddi şəkildə cəzalandırılmalıdır”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktobedə silahlı qarşıdurma ilə əlaqədar axtarışda olanların məhv edilməsinə dair göstəriş verdi. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə prezidentin saytında məlumat yayılıb. 

“Bilirik ki, onlar regiondadırlar, onların kimliyi məlumdur, əhali xəbərdarlıq edilib. Onların hamısını tutmaq, silahlı müqavimət zamanı isə məhv etmək lazımdır. Hamı ciddi şəkildə cəzalandırılmalıdır”, - Nazarbayev bəyan edib. 

Qazaxıstanın Baş prokurorluğunda Aktobedə ekstremistlərin hücumundan sonra 20 cinayət işi qaldırılıb.