» » Bakıda sərnişin avtobusu qəza törətdi – FOTO

Bakıda sərnişin avtobusu qəza törətdi – FOTO

Bakıda sərnişin avtobusu qəza törətdi – FOTO

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Bakıda avtobus sürücüsünün kobud qayda pozuntusu qəzaya səbəb olub.

Ucarliyiq.biz-ın apa-ya istinadən məlumatına görə, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

165 nömrəli marşrut xətti ilə hərəkət edən 10 TG 831 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü yol nişanının tələbini pozaraq Beyləqan rayon sakini Mahir Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yoluna çıxıb.

Sürücü M.Orucovun sözlərinə görə, qəzadan yayınmağa çalışsa da, bu, heç cürə mümkün olmayıb.

Qəza zamanı xəsarət alan olmasa da, "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin olunub. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından əraziyə əlavə polis qüvvəsi cəlb olunub.

Yararsız hala düşən "Mercedes" markalı avtomobil yol polisinin duracağına aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Bakıda sərnişin avtobusu qəza törətdi – FOTO
Bakıda sərnişin avtobusu qəza törətdi – FOTO