» » Qardaşını və qardaşı arvadını güllələdi, ölkədən qaçarkən yaxalandı

Qardaşını və qardaşı arvadını güllələdi, ölkədən qaçarkən yaxalandı

Qardaşını və qardaşı arvadını güllələdi, ölkədən qaçarkən yaxalandı

Daxili İşlər Nazirliyi Şamaxıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Ucarliyiq.biz bildirir ki, Nazirliyin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, iyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirərək, hadisə yerini tərk edib. Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Şamaxı və Qusar Rayon Polis Şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub.

A.Rəşidzadə Samur keçid məntəqəsində Rusiyaya qaçmaq istəyərkən yaxalanıb.