» » Türkiyədə güclü partlayış – VİDEO

Türkiyədə güclü partlayış – VİDEO

Türkiyədə güclü partlayış – VİDEO

Türkiyənin Van şəhərində güclü partlayış baş verib.

Ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə AKP-nin yerli şöbəsi ilə valiliyin inzibati binasının arasında qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib.

Hələlik rəsmi açıqlama verilməsə də, partlayışın bomba yüklü avtomobilə törədildiyi ehtimal edilir. Partlayışdan sonra yanğın başlayıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb.