» » Münasibətdə olduğu qadını şantaj edənə hökm oxundu

Münasibətdə olduğu qadını şantaj edənə hökm oxundu

Münasibətdə olduğu qadını şantaj edənə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evli qadından hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Roland Abdıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Roland Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Roland Abdıyev internetdə tanış olduğu qadınla yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntüləri onu şantaj edib. Bildirib ki, bu fotoları ərinə verəcək və internetdə yayacaq. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Abşeron rayon sakini A.İ-ni (qadın) rüsvay edəcəyi ilə hədələyib ondan 100 manat alarkən Ağstafa rayon sakini Roland Abdiyev tutulub.