» » Nazarbayev: Qazaxıstanda “rəngli inqilablar”ın əlamətləri meydana gəlib

Nazarbayev: Qazaxıstanda “rəngli inqilablar”ın əlamətləri meydana gəlib

Nazarbayev: Qazaxıstanda “rəngli inqilablar”ın əlamətləri meydana gəlib

“Kimsə dövlət hakimiyyətinin möhkəmliyini yoxlamaq fikrinə düşüb”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə “rəngli inqilablar”ın əlamətlərinin meydana gəldiyini hesab edir. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan rəhbərinin dərc edilmiş müraciətində deyilir. 

“Bilirik ki, rəngli inqilablar müxtəlif üsullara malikdir və düşünülmüş mitinq, qətl, hakimiyyəti ələ keçirmək cədlərindən başlayır. Bu əlamətlər bizdə də təzahür edib”, - prezident deyib. 

Onun sözlərinə görə, “dövlət siyasətinin liberallığından və bizim qanunlardan istifadə edərək kimsə dövlət hakimiyyətinin möhkəmliyini yoxlamaq fikrinə düşüb”.

Bununla yanaşı, Nazarbayev qeyd edib ki, hakimiyyət “ekstremist və terrorçuların aradan qaldırılması üçün ən sərt tədbirləri görəcək”. 

Nazarbayevin sözlərinə görə, Qazaxıstanın qərbində Aktobe şəhərində bir sıra hücumlar törədən cinayətkarlar xaricdən göstərişlər alırlar.  

“Əldə olan məlumata görə, terror aktı radikal yalançı dini cərəyanalara sadiq olanlar tərəfindən təşkil edilib, təlimatları isə xaricdən alıblar”, - bəyanatda deyilir.