» » Türkiyə Rusiyadan sübutlar tələb etdi

Türkiyə Rusiyadan sübutlar tələb etdi

Türkiyə Rusiyadan sübutlar tələb etdi

“Rusiya Türkiyəni ləkələyir”.

Rəsmi Ankara Moskvadan Türkiyənin Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərini silahlandırmasına dair sübutlar tələb edib.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Ötən gün Suriya ərazisində müharibə aparan tərəflərin barışıq Mərkəzinin rusiyalı nümayəndəsi bəyan edib ki, Hələbin şimal-şərqində Türkiyə ilə sərhəddə silah və sürsat daşıyan yük avtomobilləri qeydə alınıb.

“Rusiya Türkiyəni ləkələyir. Sübut etsinlər ki, Türkiyə İŞİD döyüşçülərini silahlandırır”, - Kalın deyib.