» » Rusiya Ağalarova milyard rubl ödədi

Rusiya Ağalarova milyard rubl ödədi

Rusiya Ağalarova milyard rubl ödədi

İş adamı məhkəməyə müraciət etmişdi.

Rusiya Vladivostokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti üçün obyektlərin inşa edilməsi zamanı dəyən zərərə görə “Crocus Group”a 1,1 milyard rubl ödəyib.

Ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Araz Ağalarov təsdiqləyib. 

Ağalarovun sözlərinə görə, bir neçə ay öncə o, məhkəmənin qərarı üzrə icraat vərəqəsi ilə Maliyyə Nazirliyinə müraciət edib və pul vəsaitini alıb.  

Qeyd edək ki, şirkət 1,9 milyard rubl tələb edirdi. 

2009-cu ilin yazında “Crocus Group” Vladivostok sammiti üçün Ruski adasında Dalnevostok universitetinin inşası üzrə baş podratçı seçilmişdi. Müqavilə üzrə inşaatın məbləği 42 milyard rubl idi.

Ağalarovun sözlərinə görə, yolun tikilməsinə və ərazinin abadlaşdırılmasına əlavə olaraq şəxsi vəsaitindən 3,6 milyard rubl sərf etmişdi.