» » Sürücü 50 yaşlı kişini vurub qaçdı

Sürücü 50 yaşlı kişini vurub qaçdı

Sürücü 50 yaşlı kişini vurub qaçdı

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, ötən gecə Sabunçu rayonu ərazisində, Zabrat-Kürdəxanı yolunda naməlum avtomobil 50 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.