» » Venesuelada ərzaqlar ictimai şuralar vasitəsilə bölüşdürüləcək

Venesuelada ərzaqlar ictimai şuralar vasitəsilə bölüşdürüləcək

Venesuelada ərzaqlar ictimai şuralar vasitəsilə bölüşdürüləcək

İqtisadi böhran ölkədə son zamanlar ərzaq məhsullarının çatışmazlığına gətirib çıxarıb.

Venesuela hökuməti bir neçə ton ərzaq məhsulunun alınmasını bəyan edib. 

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu qida məhsulları ehtiyacı olanlar arasında ictimai şuralar tərəfindən bölüşdürüləcək.  

Ölkənin qida məhsulları nazirliyinin rəhbəri Rodolfo Marko Karakasda mitinqdə çıxış zamanı alınan ərzaqların 70%-nin bu yolla bölüşdürüləcəyinin planlaşdırıldığını bildirib. 

Müxalif siyasətçilər artıq hakimiyyətə loyal yanaşan şuraların müxalifət tərəfdaşlarına qarşı diskriminasiya tətbiq edə biləcəklərinə dair narahatlıqlarını bildiriblər. 

Venesuelada iqtisadi böhran son zamanlar ərzaq məhsullarının və ilkin tələbat mallarının, əsasən tualet kağızının çatışmazlığına, nəhəng növbələrə və asayiş pozuntularına və soyğunçuluğa gətirib çıxarıb.