» » "Mercedes" 6 yaşlı uşağın üstündən keçib-AZƏRBAYCANDA

"Mercedes" 6 yaşlı uşağın üstündən keçib-AZƏRBAYCANDA

"Mercedes" 6 yaşlı uşağın üstündən keçib-AZƏRBAYCANDA

Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.

Ucarliyiq.biz xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayon Talalar kənd sakini Məmmədov Loğman Süleymanov idarə etdiyi 90 DP 040 nömrə-nişanlı, "Mercedes Vita" markalı avtomobillə atası ilə birlikdə yolda gedən 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.

Xəstəxanadan bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.