» » Sabirabadda silahlı narkotik alverçisi tutuldu

Sabirabadda silahlı narkotik alverçisi tutuldu

Sabirabadda silahlı narkotik alverçisi tutuldu

Sabirabad rayonunda narkotik alverçisindən silah tutulub.

Ucarliyiq.biz DİN-in saytına istinadən bildirir ki, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Qaraş Qarayevin yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, zirzəmiyə baxış zamanı isə 6 kiloqram 800 qram marixuana, müvafiq sənədləri olmayan "Simson" markalı ov tüfəngi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Q.Qarayev tutulub.