» » Məktəbli qızın intihar səbəbi: Ögey atası onu döyürdü – TƏFƏRRÜAT + YENİLƏNİB

Məktəbli qızın intihar səbəbi: Ögey atası onu döyürdü – TƏFƏRRÜAT + YENİLƏNİB

Məktəbli qızın intihar səbəbi: Ögey atası onu döyürdü – TƏFƏRRÜAT + YENİLƏNİB

O, yaxşı oxuyan şagirdlərdən imiş.

Gürgan qəsəbəsində yerləşən 235 saylı orta məktəbin direktoru intihar edən qızla bağlı açıqlama verib.

Ucarliyiq.biz xəbər verir ki, 235 saylı orta məktəbin direktoru Tahir Süleymanov azvision.az-a bildirib ki, Səbinə Əhmədli məktəbin ən nümunəvi şagirdlərindən biri olub.

"Səbinə nümunəvi şagird idi. Sinif yoldaşları, müəllimələri onu çox istəyirdilər. Bütün qiymətləri "beş" idi. Cəmi iki fəndən dörd almışdı. Çox intizamlı şagird idi. Onun ölüm xəbərini eşidəndə çox təəsüfləndik".

Direktor 14 yaşlı S.Əhmədlinin hansı səbəbdən canına qıyması haqda məlumata malik olmadığını deyib.

Yaxınlarının bildirdiyinə görə, Səbinənin atası dünyasını dəyişəndən sonra anası Mehriban xanım ikinci dəfə ailə həyatı qurub.

"Səbinə onun birinci həyat yoldaşından olan qızıdır. Mehribanın ikinci ailəsindən 3 qızı var. Səbinə anası ilə birlikdə yaşayırdı. Onların ailəsində tez-tez problemlər olurdu".

Qohumlarının sözlərinə görə, 14 yaşlı Səbinə ilə ögəy atasının münasbətləri yaxşı olmayıb: "Səbinə ailədə özünü ögey kimi hiss edirdi. Ögey atası digər uşaqlarla Səbinə arasında ayrıseçkilik edirmiş. Ögey atası bir neçə dəfə Səbinəni döyüb. Səbəbsiz yerə heç kim canına qıymaz".