» » "Billionaire Club"u Bakıya gəlir: biletlər 10 min dollara satılır

"Billionaire Club"u Bakıya gəlir: biletlər 10 min dollara satılır

"Billionaire Club"u Bakıya gəlir: biletlər 10 min dollara satılır

Formula 1-in ən möhtəşəm əyləncə tədbirlərindən biri olan "Billionaire Club" Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakıya gələrək yarış həftəsonunun hər üç günü ərzində sürət həvəskarlarına unudulmaz anlar yaşadacaq.

Ucarliyiq.biz-ın baku.ws istinadən məlumatına görə, unikallığı, ekslüzivliyi və dəbdəbəni özündə birləşdirən "Billionaire Club" əvvəllər Formula 1 komandalarından Benetton və Renaulta rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub.

Dubay, Porto və İstanbul kimi şəhərlərdə böyük coşğu ilə baş tutmuş bu əfsanəvi əyləncə tədbiri sizə Bakıda qeyri-adi yarış həftəsonu keçirmək imkanını yaradacaq. Tədbirin iştirakçıları arasında hər zaman məşhur iş adamları, dünya ulduzları, Formula 1 pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkündür. Bakıda keçiriləcək tədbirdə də bu istisna təşkil etməyəcək. Tədbirin təşkilatçıları qonaqlar üçün dünya ulduzlarının iştirakı ilə sürprizlər hazırlayıblar. Üç gün ərzində böyük coşğu ilə qeyd olunacaq bu tədbir ən gözəl xatirələrlə uzun müddət yaddaşınızda qalacaq. Onu nəzərinizə çatdıraq ki, müxtəlif vaxtlarda "Billionaire Club"-da Wyclef Jean, Bob Sinclar və Тimatı kimi musiqi ulduzları öz konsert proqramları ilə çıxış ediblər.

"Billionaire Club"-u ziyarət etmək üçün başqa səbəb də var. Dünyanın dörd bir tərəfindən xüsusi incəliklə seçilmiş ən cəzibədar 20 model - "Billionaire Girls" də tədbirin iştirakçısı olacaq.

"Billionaire Club" əyləncə tədbirləri 2016 Formula 1 Avropa Qran Prisinin yarış həftəsonunun əsl bəzəyi olacaq.

Qeyd edək ki, əyləncə tədbirində 6 nəfərlik stol 2000 dollar, 6-8 nəfərlik stol 3000 - 5000 dollar civarındadır. VİP xidmətdən istifadə etmək istəyənlər isə 8000-10000 dollar ödəməli olacaq.

"Billionaire Club"u Bakıya gəlir: biletlər 10 min dollara satılır
"Billionaire Club"u Bakıya gəlir: biletlər 10 min dollara satılır
"Billionaire Club"u Bakıya gəlir: biletlər 10 min dollara satılır
"Billionaire Club"u Bakıya gəlir: biletlər 10 min dollara satılır