» » Kadırov əfsanəvi boksçunun xatirəsi əbədiləşdirildi

Kadırov əfsanəvi boksçunun xatirəsi əbədiləşdirildi

Kadırov əfsanəvi boksçunun xatirəsi əbədiləşdirildi

“Rinqdə qəddar və soyuqqanlı olmasına baxmayaraq, həyatda o ən ürəyiaçıq insan idi”.

Çeçenistanın paytaaxtı Qroznı şəhərində prospektlərdən birinə dünyasını dəyişmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adı verilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə iyunun 9-da öz Instagram səhifəsində Çeçenistanın rəhbəri Ramzan Kadırov məlumat verib.

Onun sözlərinə görə, Əli böyük idmançı və əsl müsəlman olub. 

“Rinqdə qəddar və soyuqqanlı olmasına baxmayaraq, həyatda o ən ürəyiaçıq insan idi”, - Kadırov deyib.

“Gələcəkdə bu prospektdə Məhəmməd Əlinin adına möhtəşəm boks zalı da olacaq. Ümid edirəm ki, burada məşq edən idmançılar dünya boks arenalarında uğurlar əldə edəcəklər”, - Çeçenistan rəhbəri əlavə edib.

Kadırov həmçinin Qroznı şəhərinin meri Müslim Xuçiyevi küçənin seçiminə görə təşəkkür edib.