» » Polis 11 yaşlı qıza işgəncə verdi

Polis 11 yaşlı qıza işgəncə verdi

Polis 11 yaşlı qıza işgəncə verdi

İngiltərədə 11 yaşlı nevroloji problemli qız uşağının başına kisə keçirilərək uzun müddət həbsdə saxlanıldığı məlum olub.

Ucarliyiq.biz trend-ə istinadən bildirir ki, anası ayaqları da bağlanan qızının "alçaldığını, vəhşi davranışa məruz qaldığını" söyləyib. Sasseks əyalətinin polisi tərəfindən bəzi kiçik qanun pozuntularına görə göz altına alınan uşaq yanında himayədarı olmadan 60 saat polis idarəsində saxlanılıb.

Polislə bağlı şikayətləri araşdıran bir təşkilat qızcığazın 2012-ci il 2 fevral-2 mart aralığında üç dəfə həbs olunduğunu üzə çıxarıb. Həbs olunduğu dövrdə uşağa hələ heç bir tibbi diaqnoz qoyulmadığı da əlavə edilib. Ancaq anası polislərə qızında sinir pozuntusu olduğunu deyib. Buna rəğmən o, iki dəfə adi inzibati xətaya görə gecə səhərə qədər kamerada saxlanılıb.

Şikayəti araşdıran təşkilatın üzvlərindən biri Cennifer İzekor Sasseks polisini uşağın fiziki imkanlarını nəzərə almamaqda günahlandırıb.

Araşdırmalar nəticəsində uşağın həbsində bilavasitə əli olan iki polisin o zamandan bəri təqaüdə çıxdığı bəlli olub, altı polis haqqında inzibati cəza müəyyən edilib, üç polis isə intizam cəzasına cəlb edilib.