» » Bakıda hamilə qadını qoyub qacan həkim danişdı

Bakıda hamilə qadını qoyub qacan həkim danişdı

Bakıda hamilə qadını qoyub qacan həkim danişdı

"Mən heç hara qaçmamışam. Özüm hər gün xəstəyə baş çəkirəm". Bunu ans press-ə açıqlamasında əkiz övladlara hamilə olan İrina Polikarpovanı (Makarova) əməliyyat edən Öndər Tulumbacı deyib.

Həkimin sözlərinə görə, iyunun birində əkiz uşaq dünyaya gətirən, lakin sonradan komaya düşən ananın səhhəti günü-gündən yaxşılaşmağa doğru gedir. "Biz inanırıq ki, İrina Polikarpova tez bir zamanda ayağa qalxıb yeni doğulmuş körpələrinə və ailə yaxınlarına qovuşacaq".

Öndər Tulumbacının sözlərinə görə, İrina Polikarpova və onun yoldaşı Anton ötən il "Reproduktiv Sağlamlıq Mərkəzi"nə 5 illik sonsuzluq şikayəti ilə bağlı müraciət ediblər. Aparılan lazımi analizlər nəticəsində cütlüyə ekstrakorporal mayalanma üsulu ilə müalicə təklif olunub. 2015-ci ilin sentyabrın 30-da embrion transferi həyata keçirilib və nəticədə xəstə əkizlərə hamilə qalıb. Hamiləlik müddətində heç bir ağırlaşma olmayıb və 1 iyunda özəl xəstəxanaların birində planlı qeysəriyyə əməliyyatı təyin olunub.
Əməliyyatı assistentim, tibb elmləri namizədi Sevinc Qarayeva ilə birgə apardıq. Əməliyyat nəticisində iki oğlan uşağı dünyaya gəldi. Birincisinin çəkisi 2240 qr, ikincisinin çəkisi 3130 qr. Əkiz hamiləlikdə uşaqlığın aşağı seqmentinin divarının fizioloji incəlməsi səbəbindən qeysəriyyə əməliyyatı zamanı döldən birinin bud nahiyəsi skalpellə zədələnib. Kəsik incə, uzunluğu 1 sm, dərinliyi isə 0.1 sm-dən dərin olmadığından heç bir cərrahiyyə müdaxilə tələb etməyib. Döl üçün həyati təhlükə doğurmadığından pediatr tərəfindən sadəcə plastırla yapışdırılıb. Hal-hazırda hər iki döl yaxşıdır".

O deyir ki, əməliyyatdan sonra qadında az miqdarda qanaxma qeydə alınıb. Bundan sonra o, yenidən xəstəxanaya qayıdıb. "Bütün tədbirlər görüldü və hemodinamik göstəricilər stabilləşdi. Bundan sonra saat 12 radələrində yenidən qanaxma müşahidə olundu və dərhal xəstə yaxınlarına ola biləcək təkrar əməliyyatlar haqda məlumat verdim. Qanaxma dayanmadığı üçün uşaqlıq və yumurtalıqlar amputasiya olunub".
Öndər Tulumbacı onu da əlavə edib ki, hazırda xəstənin vəziyyəti və həyati vacib göstəriciləri stabildir.

Hadisə iyunun birində qeydə alınıb. Əkiz uşaq dünyaya gətirən İrina Makarova əməliyyatdan sonra komaya düşüb. Hadisədə qadının qohumları həkimi günahkar bilirlər. İddiaya görə, həkim əməliyyat zamanı körpələrdən birinin bədənini də kəsib. Bundan əlavə o, əməliyyatı yarımçıq qoyaraq xəstəxanadan qaçıb.