» » Kişi uşağını öpməyən həyat yoldaşını bıçaqladı-VİDEO

Kişi uşağını öpməyən həyat yoldaşını bıçaqladı-VİDEO

Kişi uşağını öpməyən həyat yoldaşını bıçaqladı-VİDEO

Qadının onu soyuq qarşılaması 52 yaşlı Bəxtiyar Məmmədovun xoşuna gəlməyib.
Paytaxtda ər arvadını bıçaqlayıb. Acınacaqlı məqamlardan biri isə hadisənin azyaşlı uşağın gözləri qarşısında törədilməsidir. Ucarliyiq.biz-ın ans tv-ə istinadən məlumatına görə, qeyri-rəsmi nigah münasibətlərində olan qadını bıçaqlayan 52 yaşlı Bəxtiyar Məmmədov əməlinə haqq da qazandırmağa çalışıb.
Suraxanı polisi tərəfindən qolu qandallanan Bəxtiyar, bir neçə gün öncə övladı ilə ata yurdu - Astara rayonuna getdiyini deyir. Hadisə günü evə qayıdan zaman həyat yoldaşı 43 yaşlı Aytəkin Qüdrətovanın onu qarşılamasından xoşlanmayıb.

Məmmədovun dediklərinə görə, həyat yoldaşı ilə hər zaman normal münasibəti olub. Hətta Bəxtiyar məhbus olduğu vaxtlarda qadın onu tək buraxmayıb. Uzun illər bir yastığa baş qoyduğu qadını xəstəxanalıq edən Bəxtiyar əməlindən peşman olmadığını deyib.

Övladını rayona göndərən Bəxtiyar daha sonra evinə qayıdıb. Yaralı qadın tibb ocağında müalicəyə göndərilib. Bəxtiyar Məmmədovu isə ona yad olmayan həbsxana divarları gözləyir.
Oxşar cinayət hadisəsi ötən günü Samux rayonunda baş verib. Ailə üzvləri arasında yaranan münaqişə qətl ilə nəticələnib. Həyat yoldaşından boşanaraq ata evinə qayıdan Gülnarə Həsənovanı qardaşı qətlə yetirib.