» » Klintondan Trampa kəskin cavab

Klintondan Trampa kəskin cavab

Klintondan Trampa kəskin cavab

“Hesabını ləğv et”.

Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Tvitterdə Respublika partiyasının namizədi Donald Trampın tənqidinə kəskin cavab verib. 

Ucarliyiq.biz bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

“Obama Qanuna məhəl qoymayan Hillarini dəstəklədi. O, daha dörd Obama ili istəyir, amma bunu ondan başqa heç kim istəmir!”, – ABŞ-ın hazırkı prezidenti Barak Obamanın sabiq dövlət katibini cari seçkilərdə dəstəkləməsinə Tramp belə şərh edib.

O, bu yolla Klintonun dövlət yazışmalarında səhvlərə yol verdiyinə eyham vurub. 

Cavab olaraq Klinton Trampa yazıb:

“Hesabını ləğv et”.

Daha öncə Hillari Klintonun ABŞ-ın Demokrat partiyasından yeganə namizəd olmaq üçün seçicilərin yetərli səs sayına malik olduğu barədə məlumat yayılmışdı.

.